Sabah çimərliklərdə 28 dərəcə isti olacaq

Sabah çimərliklərdə 28 dərəcə isti olacaq
SOSİAL 24 İyul 2025 13:07

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, iyulun 25-də mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.