Netanyahunu öldürməyə çalışan qadın saxlanıldı

Netanyahunu öldürməyə çalışan qadın saxlanıldı
Gündəm 23 İyul 2025 18:13

İsrail Baş Təhlükəsizlik Xidməti 70 yaşlı qadını Benyamin Netanyahuya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilərək saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Kan” televiziya şirkəti məlumat yayıb.

Müstəntiqlərin fikrincə, o, əldəqayırma partlayıcı qurğudan istifadə edərək hücum etməyi planlaşdırıb:

“Dindirildikdən sonra şübhəli bir sıra məhdudiyyətlərlə sərbəst buraxılıb. Onun hökumət başçısına yaxınlaşması və dövlət qurumlarına baş çəkməsi qadağandır. İki həftə əvvəl saxlanılan qadına rəsmi ittiham cümə axşamı günü veriləcək”.