Paşinyan Rusiyaya gedir

Paşinyan Rusiyaya gedir
SİYASƏT 23 İyul 2025 10:55

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah Rusiyaya iki günlük işgüzar səfərə yola düşəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Qeyd olunur ki, Paşinyan Rusiyanın Altay Respublikasında keçiriləcək "Təbiət və ətraf mühitin mühafizəsi" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.