Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni - Təyinat

Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni - Təyinat
Gündəm 22 İyul 2025 16:26

Hərbi Prokurorluqda yeni təyinat olub.

Sitat.info xəbər verir ki, ədliyyə müşaviri Samir Sərdar oğlu Əzimzadə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi təyin edilib.

Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, iyulun 15-də də Respublika Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Baş prokuror Kamran Əliyevin əmri ilə, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev vəzifəsindən azad edilərək, digər əmr ilə Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda islahatlar davam edir.