FHN-in nəzarətində olan çimərliklərdə ölüm faktı qeydə alınmayıb

FHN-in nəzarətində olan çimərliklərdə ölüm faktı qeydə alınmayıb
Gündəm 21 İyul 2025 11:59

Mövsüm başlayandan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən nəzarət olunan çimərliklərdə ölüm faktı qeydə alınmayıb.

Bu barədə  FHN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 25 nəfər suda batma təhlükəsi ilə üzləşib və onlar FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib./Teleqraf