Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb

Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb
Gündəm 17 İyul 2025 16:59

Şair Məmməd İsmayıl müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə Sitat.info-ya onun qızı İntizar İsmayıl məlumat verib.

 Onun sözlərinə görə, şairin səhhəti hazırda stabildir və ev şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, Məmməd İsmayıl keçən ayın 30-da xəstəxanaya yerləşdirilib və həkimlər onun bədənində infeksiya aşkar ediblər. O, bu səbəbdən bir neçə gün ərzində həkim nəzarəti altında saxlanılıb.