Suriyanın cənubunda atəşkəs əldə edildi

Suriyanın cənubunda atəşkəs əldə edildi
Gündəm 16 İyul 2025 20:30

Suriyanın cənubundakı Suveyda şəhərində atəşkəs əldə edilib.

Sitat.info xəbər verir ki, məlumatı SANA agentliyinə Suriya Daxili İşlər Nazirliyindəki mənbə təsdiqləyib.

Belə ki, tərəflər Suveyda şəhərinin mərkəzindəki qüvvələrin Suriya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcəkləri, dövlət qurumlarının isə Dəməşq hökumətinin nəzarətinə keçəcəyi barədə razılığa gəliblər.