Paşinyan Əliyevlə son görüşündən danışdı

Paşinyan Əliyevlə son görüşündən danışdı
Gündəm 16 İyul 2025 17:13

Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.

Sitat.info xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".