Putinlə çörək kəsmişik, bunu etmək istəməzdim... - Paşinyan

Putinlə çörək kəsmişik, bunu etmək istəməzdim... - Paşinyan
Gündəm 16 İyul 2025 15:50

Mənim Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə açıq, şəffaf münasibətlərim var, çörək kəsmişik, amma bəzi Rusiya telekanalları bütün sərhədləri keçib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

 

 

“Onların (yayımının) dayandırılması barədə qərar vermək istəməzdim, amma Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var və mən bunu istəməzdim”, - Paşinyan qeyd edib.