Sabirabadda qadın ərini bıçaqladı

Sabirabadda qadın ərini bıçaqladı
KRİMİNAL 16 İyul 2025 09:40

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır./Report