Əfv siyahısı Prezidentə təqdim ediləcək - 600-dən çox...

Əfv siyahısı Prezidentə təqdim ediləcək - 600-dən çox...
SİYASƏT 23 May 2022 18:19

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki,  bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının  28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.