"Barselona" klubu yeni transferini açıqladı

\"Barselona\" klubu yeni transferini açıqladı
Gündəm 14 İyul 2025 18:36

İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

Sitat.info xəbər verir ki, Runi Bardaqji ilə müqavilə imzalanıb.

Danimarkanın "Kopenhagen" klubundan transfer olunan 19 yaşlı Küveyt əsilli yarımmüdafiəçi ilə 4 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2021-ci ildən Danimarka təmsilçisinin formasını geyinən R.Bardaqji bu komandanın heyətində meydana çıxdığı 65 matçda 15 qolla yadda qalıb.