Məleykə Abbaszadə: Kütləvi imtahan mərhələsi artıq başa çatıb
“Hazırda nəticələrin hesablanması və müzakirə prosesi gedir. Dünən keçirilən imtahanın nəticələrinin elanına isə artıq başlanılıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, DİM-də imtahanların qiymətləndirilməsi alqoritmlər və illərin təcrübəsi əsasında aparılır:
“1990-cı ildən etibarən statistik təhlillər aparılır və bu baza üzərində qərarlar verilir”.