Türkiyədə daha bir bölgədə meşə yanğını başladı

Türkiyədə daha bir bölgədə meşə yanğını başladı
Gündəm 11 İyul 2025 20:02

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçəsində meşə sahəsində güclü yanğın başlayıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Çokal su anbarı yaxınlığında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verməsi bəlli deyil.

Əraziyə Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yanğınsöndürənlər, AFAD və jandarm qüvvələri cəlb edilib.

Yanğının söndürülməsi üçün həmçinin helikopterlər vasitəsilə də müdaxilə edilir.