Myanmada monastıra hücum: ölənlər var

Myanmada monastıra hücum: ölənlər var
Gündəm 11 İyul 2025 17:26

Myanmanın Sikayn bölgəsində monastıra hücumda dördü uşaq olmaqla azı 23 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Hadisə səhər saatlarında baş verib:

“Hücum Myanmanın hakim hərbi xuntası olan Dövlət İnzibati Şurasının hava qüvvələri tərəfindən həyata keçirilib. Monastır ordu ilə demokratiya tərəfdarı qüvvələr arasında döyüşlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 200-ə yaxın insan üçün sığınacaq kimi xidmət edirdi. Həlak olan 23 nəfərdən əlavə monastır yaxınlığında yaşayan çox sayda adam ağır yaralanıb”.