Tehranda partlayış baş verdi

Tehranda partlayış baş verdi
Gündəm 11 İyul 2025 11:00

Tehranın Çitqar bölgəsində hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Sitat.info xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Şahidlərin sözlərinə görə, partlayışa səbəb kiçik ölçülü pilotsuz uçan aparat zərbəsi olub.

Tehran Fövqəladə Hallar Təşkilatı isə partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

 

Sitat.info