Trampdan şifrəli mesaj- Rusiya və Ukraynaya

Trampdan şifrəli mesaj- Rusiya və Ukraynaya
SİYASƏT 11 İyul 2025 10:12

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynaya şifrəli mesajlar göndərərək ritorikasını gücləndirir.

Sitat.info xəbər verir ki, bu barədə “Semafor” portalı mənbəyə istinadən məlumat yayıb.

“Həm Putin, həm də Zelenski bilməlidir ki, geri çəkilməsələr, hər şey mümkündür”, - mənbə bildirib.

Qeyd olunur ki, Trampın bəzi yaxın adamları bunu onun Ukrayna münaqişəsinə yanaşmasında əsaslı dəyişiklik yox, danışıqlar taktikası hesab edirlər.

 

Sitat.info