ATƏT-dən Əliyev-Paşinyan görüşünə reaksiya

ATƏT-dən Əliyev-Paşinyan görüşünə reaksiya
Gündəm 23 May 2022 15:03

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.

Sitat.info xəbər verir ki, bu barədə ATƏT-ə sədrlik edən Polşanın Tvitter səhifəsində paylaşılıb.

“Birbaşa dialoq münasibətlərin normallaşdırılması və hərtərəfli sülh sazişinin hazırlanması üçün ilkin şərtdir. Biz Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təmin etmək üçün göstərilən səylərə kömək etməyə hazırıq”, - məlumatda vurğulanıb.

/Axar.az