İsraildən İrana xəbərdarlıq: Əlimiz Təbrizə də çatır!

İsraildən İrana xəbərdarlıq: Əlimiz Təbrizə də çatır!
Gündəm 10 İyul 2025 20:30

Tehrandan hər hansısa təhdid olarsa, İsrail İranı yenidən vuracaq.

Sitat.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.

"İsrailin uzun qolu İranın onu təhdid edə biləcəyi hər yerə - Tehranda, Təbrizdə, İsfahanda və ona zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Gizlənə biləcəyiniz heç yer yoxdur. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq", - Katz deyib.