“Turan Tovuz”dan növbəti transfer

“Turan Tovuz”dan növbəti transfer
Gündəm 10 İyul 2025 20:00

“Turan Tovuz” növbəti transferini açıqlayıb.

Sitat.info xəbər verir ki, bölgə təmsilçisi Abdulla Rzayevi heyətinə qatıb.

Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi icarə əsasında “Turan Tovuz”un formasını geyinəcək.

Əvvəllər “Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”da da çıxış etmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.