Nərimanovda boş sahədə güclü yanğın

Nərimanovda boş sahədə güclü yanğın
Gündəm 10 İyul 2025 17:50

Paytaxtın Nərimanov rayonunda yanğın başlayıb.

Sitat.info xəbər verir ki, Əhməd Rəcəbli küçəsi ilə Zaur Nudirəliyev küçələrinin arasındakı boş sahədə quru ot və tullantılar alovlanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.