Azərbaycanda rus bölmələri bağlanır?

Azərbaycanda rus bölmələri bağlanır?
TƏHSİL 10 İyul 2025 11:38

Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil.

Sitat.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, rus dili fəni üzrə müəllim çatışmazlığı var: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi bizim öncəlikdir. şagird Azərbaycan büdcəsi ilə təhsil alırsa, ondan azərbaycanca tələb etmək haqqımız var”.

 

Sitat.info