Bayden Kim Çenə qəribə mesaj göndərdi: sonra da “nöqtə” dedi

Bayden Kim Çenə qəribə mesaj göndərdi: sonra  da “nöqtə” dedi
SİYASƏT 23 May 2022 14:09

Asiya turu çərçivəsində getdiyi Cənubi Koreyada mətbuata açıqlama verən ABŞ prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen Inn-ə çatdıracaq sözünün olmadığını deyib. 

ABŞ-ın Şimali Koreyanın atacağı hər bir addıma  hazır olduğunu deyən Bayden, mümkün nüvə sınağından da narahat olmadığını dilə gətirib. 

Kimə mesajının olub-olmadığını soruşan jurnalistə cavab verən Bayden, “Salam” göndərib, neçə saniyə sonra “Nöqtə” ifadəsini işlədib.

Bildirilir ki, ballistik raket sınaqları keçirən Şimali Koreya tezliklə nüvə sınağı keçirə bilər.

Ləman Sərvanqızı

SİTAT.İNFO