Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Elşən İbrahimov Rusiyadan deportasiya olunur
Gündəm 09 İyul 2025 20:00

Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Sitat.info xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, onun bu gün axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

Qeyd edək ki, daha öncə Elşən İbrahimov Rusiya vətəndaşlığından məhrum edilib.