İsrail ordusu “Hizbullah”ın komandirini öldürdü

İsrail ordusu “Hizbullah”ın komandirini öldürdü
Gündəm 09 İyul 2025 10:36

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda “Hizbullah” hərəkatının sahə komandiri Hüseyn Əli Muciri xüsusi əməliyyatla zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mucir “Hizbullah”ın “Bədr” adlı silahlı dəstəsinin rəhbərlərindən biri olub və təşkilatın cənub Livandakı artilleriya qüvvələrinə nəzarət edib.

"O, yaxın günlərdə bölgədə yeni artilleriya mövqeləri yerləşdirməyə cəhd göstərib. Bu cəhdlər İsrail və Livan arasında qüvvədə olan atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır",- məlumatda deyilir.

 

Sitat.info