Rusiya ilə sonsuzadək müharibə apara bilmərik - Pavel

Rusiya ilə sonsuzadək müharibə apara bilmərik - Pavel
Gündəm 08 İyul 2025 19:15

 

Rusiya ilə sonsuz müharibə aparmaq mümkün deyil.

Sitat.info xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel BBC-yə müsahibəsində deyib.

O bildirib ki, Ukrayna konfliktinin başa çatmasından sonra Avropa və Rusiya arasında əməkdaşlıq əlaqələri bərpa olunmalıdır:

“Hansı alternativlərimiz var? Rusiya ilə sonsuzadək döyüşmək? Bu yanaşma yəqin ki, hamımız üçün böyük insan itkisi və iqtisadi zərərlə nəticələnəcək. Nədənsə başlamalıyıq”.