Verattinin yeni klubu- Gözlənilməz addım

Verattinin yeni klubu- Gözlənilməz addım
İdman 08 İyul 2025 09:10

İtaliya millisi ilə Avropa çempionu olmuş Marko Verrattinin yeni klubu müəyyənləşib.

Sitat.info xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi azad agent kimi Qətərin "Əl-Duhail" komandasına keçib.

Onun müqaviləsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Verratti 2023-cü ildən Qətərdə "Əl-Ərəbi"nin formasını geyinib. O, 2012-2023-cü illlər aralığında PSJ-də 9 dəfə Fransa çempionu olub.

Təcrübəli futbolçu 2021-ci ildə İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanıb

 

Sitat.info