Rusiya 500-dən çox raket və dron buraxdı- Zelenski

Rusiya 500-dən çox raket və dron buraxdı- Zelenski
Gündəm 04 İyul 2025 21:52

Ukraynaya qarşı ötən gecə hücumu zamanı onlarla Rusiya kamikadze dronu - “Şahid”lər Ukrayna tərəfindən istehsal olunan dronlar tərəfindən vurulub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində məlumat verib.

O, xatırladıb ki, bu dəfə Rusiya 500-dən çox zərbə dronu və raket buraxıb. Bu hücum vasitələrinin əhəmiyyətli hissəsi məhv edilib.

Prezidentin sözlərinə görə, Ukrayna hücum dronlarının istehsalını genişləndirmək, eləcə də dron operatorlarının hazırlanması və təlimi üzərində işləyəcək.

 

Sitat.info