20 nömrəli forma dövriyyədən çıxarıldı

20 nömrəli forma dövriyyədən çıxarıldı
İdman 04 İyul 2025 00:04

"Liverpul" futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.


Sitat.info xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.

Qeyd edəki ki, bu gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu "Liverpul"da 20 nömrəli formanı geyinirdi.

“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, - bəyanatda qeyd edilib.

 

Sitat.info