Lənkəranda ər həyat yoldaşını bıçaqladı, özü də öldü

Lənkəranda ər həyat yoldaşını bıçaqladı, özü də öldü
KRİMİNAL 03 İyul 2025 14:10

Lənkəranda ər həyat yoldaşını bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib və ölüb.

Teleqraf  xəbər verir ki, hadisə rayonun Biləsər kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Ağamməd oğlu Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, öz boğazını kəsib.

Məzahir Rəcəbov hadisə yerində keçinib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.