Şabranda dağ yanır

Şabranda dağ yanır
Gündəm 02 İyul 2025 17:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Şabranda dağ yanır