Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət...

Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət...
SİYASƏT 02 İyul 2025 11:27

Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıdan hansısa hüquqi yardım istənilməyib.

Sitat.info xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib:

"Söhbət üç cinayət işindən gedir. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".