"Qarabağ" darmadağınla qalib gəldi
Yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" Konfrans Liqasında yarışacaq "Zirə" ilə qarşılaşıb.
Sitat.info xəbər verir ki, "Azersun Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
Hesabı 10-cu dəqiqədə Kadi Borges açıb. 50-ci dəqiqədə Emmanuel Addai, 57-ci dəqiqədə Aleksey Kaşuk, 64-cü dəqiqədə Musa Qurbanlı fərqlənib