Bu ərazilərdə qaz yoxdur

Bu ərazilərdə qaz yoxdur
SOSİAL 30 İyun 2025 10:20

Bu gün saat 04:20-də Yasamal rayonu A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

Sitat.info xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.