Sabahdan Azərbaycanda əmi, dayı, bibi və xala uşaqlarının nikahı qadağan edilir

Sabahdan Azərbaycanda əmi, dayı, bibi və xala uşaqlarının nikahı qadağan edilir
Gündəm 30 İyun 2025 08:58

Sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar  artırılır.

Sitat.info-nun  xəbərinə görə, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.