Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı

Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
SİYASƏT 29 İyun 2025 12:34

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

Sitat.info  xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.

Məhkəmə iclası qapalı elan edib, jurnalistlər məhkəmə zalından çıxarılıb.

Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.