Kallas Ermənistana səfər edəcək

Kallas Ermənistana səfər edəcək
Gündəm 28 İyun 2025 22:56

Avropa Birliyinin baş diplomatı, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistana səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Bildirilib ki, onun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü nəzərdə tutulur.