Benzemadan evlilik xəbəri

Benzemadan evlilik xəbəri
İdman 28 İyun 2025 21:29

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema aktrisa sevgilisi Lina Kudri ilə Korsika adasında evlənməyi planlaşdırır.

 Nikah mərasimi iyulun əvvəlinə nəzərdə tutulub.

Cütlük ilk dəfə Kann Film Festivalında ictimaiyyət qarşısına çıxıb.

38 yaşlı forvard bu mövsüm 33 oyuna çıxıb. Və o 33 oyunda 25 qol 9 asistlə fərqlənib. Qeyd edək ki,  “Əl-İttihad”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.