Gəncə İcra Hakimiyyətinin işçisi küçədə qəfil öldü
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, hadisə şəhər ərazisində olub.
İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.