Paşinyan yeni MTX rəhbəri təyin etdi

Paşinyan yeni MTX rəhbəri təyin etdi
Gündəm 28 İyun 2025 13:10

 

Ermənistanın baş naziri Andranik Simonyanı Milli Təhlükəsizlik Xidmətinin direktoru (MTX) təyin edib

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.

O, bu təyinata qədər xidmətin direktor müavini vəzifəsində çalışırdı və son günlərdə rəhbərin səlahiyyətlərini icra edirdi. Əvvəlki direktor Armen Abazyan 18 iyun tarixində vəzifədən azad olunub.