Paşinyan İlham Əliyevlə görüş üçün Brüsselə getdi

Paşinyan İlham Əliyevlə görüş üçün Brüsselə getdi
Gündəm 22 May 2022 14:24

Ermənistanın Baş naziri Nikol Paşinyan Belçikaya işgüzar səfərə gedib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyevin Nikol Paşinyanla görüşü gözlənilir.

/Axar.az