Rusiya və İran arasında uçuşlar bərpa edildi

Rusiya və İran arasında uçuşlar bərpa edildi
Gündəm 27 İyun 2025 17:38

İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.

Sitat.info bu barədə TASS-a istinadən məlumat verir.

Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı.