Bərdədə iki qadın qidadan zəhərləndi

Bərdədə iki qadın qidadan zəhərləndi
Gündəm 26 İyun 2025 13:25

Bərdədə iki qadın qidadan zəhərlənib.

Sitat.info xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.