Aeroport yolunda qəza: ölən var

Aeroport yolunda qəza: ölən var
Gündəm 26 İyun 2025 12:13

Ötən gün 23:00-da Suraxanı rayonu, aeroport şosesində ölümlə nəticələnən qəza baş verib.

Sitat.info xəbər verir ki, qəza nəticəsində KİA markalı, 77 YF 704 dövlət nömrə nişanlı minik avtomobili "Kamaz”la (11 BE 212) toqquşub.

Nəticədə KİA-nın sürücüsü və bir sərnişin xəsarət alıb, digər sərnişin isə hadisə yerində həlak olub.