Morata “Qalatasaray”dan ayrıla bilər

Morata “Qalatasaray”dan ayrıla bilər
Gündəm 25 İyun 2025 20:40

İtaliyanın “Komo” klubu “Qalatasaray”ın futbolçusu Alvaro Moratanı hədəfləyib.

Sitat.info xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb

32 yaşlı hücumçu artıq İtaliya klubuna razılığını verib. O, artıq İstanbul təmsilçisini tərk etməyə hazırdır. 

Bildirilir ki, hazırda “Milan” və “Qalatasaray” arasında ispaniyalı oyunçunun Türkiyə klubunu tərk etməsi ilə bağlı şərtlər müzakirə olunur. 

Qeyd edək ki, Alvaro Morata bu ilin fevralında “Milan”dan “Qalatasaray”a icarə əsasında keçmişdi.