Azər Məmmədova 2 yeni müavin təyin olundu

Azər Məmmədova 2 yeni müavin təyin olundu
Gündəm 25 İyun 2025 18:12

“Azəriqaz” İstehsalat Birliyində (İB) yeni kadr təyinatları olub.

Sitat.info-nun əldə etdiyi məlumata görə, qurumun baş direktoru Azər Məmmədova 2 yeni müavin təyin edilib

Belə ki, Teymur Hüseyn oğlu Vəliyev“Azəriqaz” İB-nin baş direktorunun kommersiya üzrə müavini, Təbriz Bilal oğlu Əmmayev isə strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinə təyinat alıb.

Həmçinin Fərid Hamlet oğlu Mustafazadə baş direktorun müşaviri olub.

Qeyd edək ki, T.Əmmayev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.