“İran dialoq aparmağa hazırdır” - Pezeşkian

“İran dialoq aparmağa hazırdır” - Pezeşkian
Gündəm 24 İyun 2025 18:50

“İsrail razılaşmaya əməl edərsə, atəşkəsə əməl edəcək”.

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığında bildirib.

Ölkə lideri deyib ki, İran xalqının haqlı tələblərini bərpa etmək üçün dialoq aparmağa hazırdır:

“İran xalqı çətinliklərə və incikliklərə baxmayaraq, sarsılmaz dayanıb”.

İran lideri ABŞ-nin İsrailin İrana qarşı müharibəsində birbaşa iştirak etdiyini, lakin bunun artıq İsrailin uğursuz olduqdan sonra baş verdiyini deyib.