İranla tərəfdaşlığımız var, amma... - Kreml

İranla tərəfdaşlığımız var, amma... - Kreml
Gündəm 23 İyun 2025 17:26

ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbə endirməsi Moskva və Vaşinqton arasında ikitərəfli dialoqa təsir etməyəcək, çünki bunlar müstəqil proseslərdir.

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İranla tərəfdaşlığımız, strateji tərəfdaşlığımız var, lakin ABŞ-la da əlaqələrimizi bərpa etməyə çalışırıq. Hər ikisi bizim üçün çox vacib sahələrdir”, - o bildirib.