Xamenei bunkerdən mesaj verdi - İsrail cəzalananacaq

Xamenei bunkerdən mesaj verdi - İsrail cəzalananacaq
Gündəm 23 İyun 2025 17:00

İsrailin İranda hərbi hədəflərə zərbələrinin davam etdiyi bir vaxtda İran rəhbəri Əli Xamenei bunkerdən mesaj göndərib.

Sitat.info xəbər verir ki, bu barədə onun adına olan X hesabında paylaşım edilib.

"İsrail cəzalanacaq, cəzalanır və bu, davam edəcək", - Xamenei yazıb.

Qeyd edək ki, İsraili İrana hava hücumlarının başlamasından sonra Əli Xamenei və ailəsi gizli bunkerlərdən birinə köçürülüb. Onun İsrailin hədəfinə çevrilməmək üçün bütün elektron avadanlıqlardan və telefondan imtina etdiyi bildirilir.