İran hücumdan əvvəl nüvə obyektini köçürübmüş - Şok foto

İran hücumdan əvvəl nüvə obyektini köçürübmüş - Şok foto
Dünya 22 İyun 2025 12:21

Fordo nüvə obyekti ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalıb, lakin ciddi zədə almayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Yüksək çinli iranlı məmur isə “Röyters”ə açıqlamasında deyib ki, Fordodakı yüksək zənginləşdirilmiş uranın çox hissəsi ABŞ-ın hücumundan əvvəl naməlum yerə aparılıb.

Qeyd edək ki, peyk görüntüləri Fordo önündə iki gün əvvəl çoxsaylı yük maşınlarının karvanını təsdiqləyir.